0
Saturday 4 September 2021 - 00:27

Kim Çen In BMT-nin peyvəndləmə proqramından imtina edib

Story Code : 952024
Kim Çen In BMT-nin peyvəndləmə proqramından imtina edib
APA “NBC News”a istinadən xəbər verir ki, Koreya İşçi Partiyası Siyasi Bürosunun iclasında Şimali Koreya lideri virusların qarşısının alınması və tibb işçilərinin ixtisaslarının artırılması üçün maddi və texniki vasitələrə ehtiyac olduğunu qeyd edib.

Qeyd edək ki, daha əvvəl KXDR 3 milyona yaxın COVID-19 peyvəndindən imtina edib. Şimali Koreya səlahiyyətliləri ölkəyə təklif olunan bu dozaların başqa yerə yönləndirilməsini istəyib.

Xatırladaq ki, 2020-ci ilin sonunda rəsmi Pxenyanın aşağı gəlirli ölkələrə peyvənd tədarük edən beynəlxalq COVAX proqramına qoşulmaqda maraqlı olduğu bildirib.