0
Saturday 4 September 2021 - 22:33

"İranın yanacaq tankerləri ABŞ-ın Livana qarşı sanksiyalarını da təsirsiz etdi!"

Story Code : 952190
"İranın yanacaq tankerləri ABŞ-ın Livana qarşı sanksiyalarını da təsirsiz etdi!"
Livanın Əl-Vafa Əl-müqavimə (Müqavimətə Sadiqlik) fraksiyasının üzvü Həsən Fəzlullah ABŞ-ın rəsmi Beyruta qarşı sanksiyalarının uğursuzluğa doğru getdiyini vurğulayıb.

Əl-Mənar xəbər kanalı Fəzlullahdan sitat gətirərək bildirib: "ABŞ hökuməti Livan Müqavimətinin güclü iradəsinə maksimum təzyiqdən geri çəkilmək məcburiyyətində qaldı. Bu gün artıq ABŞ-ın mühasirəsi də yarılır!"

Livanlı rəsmi bu ölkədəki böhranın azalmasına işarə edərək, Livan Müqavimətinin Amerikanın təhdidlərinə əsla əhəmiyyət vermədiyini və heç zaman təzyiqlərə boyun əyməyəcəyini söyləyib.