QR CodeQR Code

“Taliban”ın ələ keçirdiyi bölgə geri qaytarıldı

5 Sep 2021 15:03

İslamTimes: “Taliban”ın ələ keçirdiyi bölgə geri qaytarıldı


Pəncşir əyalətindəki müqavimət qüvvələri Paryan bölgəsinə nəzarəti yenidən ələ keçirdiklərini açıqlayıblar.

Publika.az xəbər verir ki, bu barədə Milli Müqavimət Cəbhəsinin mətbuat katibi Fahim Daşti bildirib.

“Pəncşir əyalətinin Paryan bölgəsi “Taliban”dan tamamilə təmizləndi. Azı min terrorçunun qarşısı alındı. Uçuş və geri çəkilmə prosesində bütün silahlılar müqavimət döyüşçüləri tərəfindən öldürüldü, mühasirəyə alındı ​​və ya əsir götürüldü” - F.Daşti qeyd edib.

Qeyd edək ki, sentyabrın 3-də “Taliban”ın sözçüsü Bilal Kərimi Paryanın təşkilat tərəfindən ələ keçirildiyini açıqlamışdı.

Əfqanıstanın şimalında əsasən dağlıq ərazilərdə yerləşən Pəncşir əyaləti 15 avqustda ölkədə hakimiyyəti ələ keçirən “Taliban” rejiminə qarşı müqavimət mərkəzinə çevrilib.


Story Code: 952282

News Link :
https://www.islamtimes.org/az/news/952282/taliban-ın-ələ-keçirdiyi-bölgə-geri-qaytarıldı

Islam Times
  https://www.islamtimes.org