QR CodeQR Code

Qəddafinin oğlu həbsxanadan çıxdıqdan dərhal sonra Türkiyəyə gedib

6 Sep 2021 12:27

İslamTimes: Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Saadi Tripoli həbsxanasından çıxdıqdan dərhal sonra təyyarə ilə Türkiyəyə uçub.


APA-nın məlumatına görə, Ədliyyə Nazirliyindəki mənbə “Agence France-Presse”ə bildirib ki, Saadi bir neçə il əvvəl çıxarılan məhkəmə qərarına əsasən həbsdən azad edilib.

Baş prokuror bütün lazımi şərtlər yerinə yetirildikdən sonra qərarın icrasını istəyib.

Xatırladaq ki, 2011-ci ildə Müəmmar Qəddafi rejimi devrildikdən sonra ailəsi və yaxınlarının həbsinə qərar verilmişdi. 1973-cü il təvəllüdlü Saadi Nigerə qaçsa da, 2014-cü ildə Liviyanın yeni hakimiyyət orqanlarına təhvil verilib.


Story Code: 952423

News Link :
https://www.islamtimes.org/az/news/952423/qəddafinin-oğlu-həbsxanadan-çıxdıqdan-dərhal-sonra-türkiyəyə-gedib

Islam Times
  https://www.islamtimes.org