0
Monday 6 September 2021 - 13:43

İran Pəncşir əyalətilə bağlı Talibana xəbərdalır edib

Story Code : 952429
İran Pəncşir əyalətilə bağlı Talibana xəbərdalır edib
“Əfqanıstanın Pəncşir əyalətindən gələn xəbərlər narahatedicidir. Dünənki hücumlar şiddətlə məhkum edilir. Pəncşir məsələsinin həlli siyasi olmalıdır. Bu əyalətin mühasirəyə alınması beynəlxalq və insan hüquqlarına ziddir. Burada Əfqanıstan rəhbərlərinin şəhid olması təəssüfləndirici haldır. Əyalətdə (Talibana-a hərbi dəstək məsələsində) xaricdən edilən müdaxilələr də araşdırılır.”

SalamNews xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

Xarici İşlər Nazirliyinin sözçüsü, Pəncşir məsələsinin dialoq yolu ilə, Əfqanıstan ağsaqqallarının vasitəçiliyi və iştirakı ilə həll edilməli olduğunu vurğulayaraq deyib:

"Heç bir tərəf bu yolun qardaş soyqırımı ilə bitməsinə icazə verməməlidir. Taliban beynəlxalq hüquq çərçivəsində götürdüyü öhdəliklərə əməl etməlidir. Pəncşir əhalisi aclıq çəkir, suyu və işığı kəsilir və əhali mühasirəyə alınır. Beynəlxalq hüquqa görə bölgədə insan hüquqlarına hörmət edilməlidir. İran Əfqanıstan xalqının əzablarının sona çatması üçün hər cür səy göstərir.”

Qeyd edək ki, Taliban Pəncşir əyalətinin bütününü nəzarətə götürdüyünü iddia edib. Lakin Pəncşirin "Milli Müqavimət Hərəkatı" bunu təkib edib.