0
Monday 6 September 2021 - 22:54

Hizbullah: Fələstinli məhbusların qaçması İsrailə güclü zərbədir

Story Code : 952522
Hizbullah: Fələstinli məhbusların qaçması İsrailə güclü zərbədir
Livan Hizbullah hərəkatı, 6 fələstinli əsirin sionist rejimin "Gilboa" həbsxanasından qaçmasına münasibət bildirərək, bu mücahidlərin hərəkətinin çox əhəmiyyətli bir uğur olduğunu söyləyib.

Əl-Mayadin xəbər şəbəkəsi xəbər verib ki, Hizbullah fələstinli mücahidlərin bu nailiyyətini İsrailə və onun "keçilməz" təhlükəsizlik tədbirlərinə güclü zərbə olduğunu bildirib.

Hizbullah bəyanatında deyib: "Fələstinli mücahidlərin bu qurtuluş planı sionist rejimin təhlükəsizlik və kəşfiyyat xidmətlərinin rüsvayçı məğlubiyyətidir!"