QR CodeQR Code

Toni Bleyer: Baydenin əbədi müharibələrə son vermə vədi sadəcə şüardır

إسلام تايمز , 6 Sep 2021 23:51

İslamTimes: İngiltərənin keçmiş baş naziri Toni Bleyer ABŞ prezidenti Co Baydenin Qərbi Asiya bölgəsində əbədi müharibələrə son vermə vədlərini "siyasi şüar" olaraq xarakterizə etdi.


Toni Bleyer özü 2001-ci ildə Talibanı hakimiyyətdən uzaqlaşdırmaq üçün, İngiltərəni ABŞ-la birlikdə Əfqanıstan müharibəsinə sürükləyib.

Bleyer 2001-ci ildəki çıxışında amerikalı həmkarı Corc Buşa İngiltərənin "terrorla mübarizədə" ABŞ-la çiyin-çiyinə dayanacağına söz vermişdi.

İngiltərənin keçmiş baş naziri Corc Buşun İraqda kütləvi qırğın silahları olması iddiası ilə 2003-cü ildə bu ölkəni işğal etməsini və daha sonra kütləvi qırğın silahları ilə bağlı yalan iddiaları müdafiə etməsinə görə də sərt tənqid edilir.

Bütün bunlara baxmayaraq Toni Bleyer Amerikanın Əfqanıstandan çıxması qərarını tənqid edərək, bu qərarı "düşünülməmiş" qərar adlandırıb. O Amerika qüvvələrinin məntəqədə qalmasını zəruri edən bir sıra səbəblər olduğunu iddia edib.


Story Code: 952530

News Link :
https://www.islamtimes.org/az/news/952530/toni-bleyer-baydenin-əbədi-müharibələrə-son-vermə-vədi-sadəcə-şüardır

Islam Times
  https://www.islamtimes.org