QR CodeQR Code

“Taliblər” Əfqanıstanın yeni hökumətin tərkibini elan etməyə hazırdır

7 Sep 2021 02:06

İslamTimes: "Taliblər" Əfqanıstanın yeni hökumətin tərkibini elan etməyə hazırdır


Ötən ay Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban"ın nümayəndəsi Əhmədulla Muttaki bildirib ki, hərəkat yeni hökumətin tərkibinin elan edilməsinə hazırlığı başa çatdırıb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

"İslam hökumətinin bəyannaməsinə hazırlıq qurtardı", - Muttaki tvitterdə yazıb.

“Taliblər”in nümayəndəsinin sözlərinə görə, hökumət yaxın vaxtlarda elan ediləcək.

“Taliblər” bir ay əvvəl hökumət qüvvələrinə hücumu daha da aktivləşdiriblər və avqustun 15-də Əfqanıstanın paytaxtı Kabilə giriblər. Onlar növbəti gün bildiriblər ki, müharibə qurtarıb və dövlətin idarə üsulu yaxın vaxtlarda aydınlaşacaq.


Story Code: 952545

News Link :
https://www.islamtimes.org/az/news/952545/taliblər-əfqanıstanın-yeni-hökumətin-tərkibini-elan-etməyə-hazırdır

Islam Times
  https://www.islamtimes.org