QR CodeQR Code

ABŞ-ın bu mövqeyi qəbuledilməzdir - Çavuşoğlu

7 Sep 2021 16:37

İslamTimes: İraqdan çəkildilər, xaos oldu, Əfqanıstandan çəkildilər, xaos oldu.


Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Suriyadan çıxmaq onların seçimidir. Biz terror təhlükəsi səbəbindən Suriyadayıq. Bu, beynəlxalq hüquqa uyğundur. Suriyanın sərhəd və ərazi bütövlüyünü dəstəkləyirik.

Digər tərəfdən, ABŞ PKK/YPG terrorçularını dəstəkləyərək, tam əksini edir. ABŞ-ın “neft var, mən burada qalacağam” anlayışı qəbuledilməzdir.

Dəməşq rəhbərliyi ilə siyasi görüş mümkün deyil. Diplomatlar görüşür”, - deyə Çavuşoğlu bildirib.


Story Code: 952645

News Link :
https://www.islamtimes.org/az/news/952645/abş-ın-bu-mövqeyi-qəbuledilməzdir-çavuşoğlu

Islam Times
  https://www.islamtimes.org