0
Wednesday 8 September 2021 - 14:30

Sionist qaniçənlərdən daha bir inanılmaz qanun pozuntusu!

Story Code : 952818
Sionist qaniçənlərdən daha bir inanılmaz qanun pozuntusu!
SalamNews Sputnik-ə istinadla xəbər verir ki, İsrail polisi İordan çayının Qərb sahilində bir sıra bölgələrdə basqınlar həyata keçirərək Gilboa həbsxanasından qaçmış altı fələstinlinin ailə üzvləri və yaxınlarından bəzilərini saxlayıb.

Qeyd edək ki, İsrail polisi, İsrail Sərhəd Qüvvələri, Terrorla mübarizə idarəsi və Daxili təhlükəsizlik idarəsi (Şabak) Gilboa həbsxanasından qaçmış altı fələstinlinin axtarışına minlərə qüvvə cəlb ediblər. Bu qüvvələrə helikopter və PUA-larla dəstək verilir. Lakin qaçışın üzərindən üç sutka keçməsinə baxmayaraq hələ də qaçan fələstinli məhbuslar tapılmayıb. İsrail təhlükəsizlik qüvvələri onların İordaniyaya keçdiyini ehtimal edirlər.