0
Thursday 9 September 2021 - 09:32

İran Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur

Story Code : 952926
İran Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur
APA xəbər verir ki, bu barədə “Kommersant” qəzeti özəl mənbələrə istinadən məlumat yayıb.

ŞƏT-in sammiti 16-17 sentyabrda Düşənbədə keçiriləcək. Hazırda təşkilatın üzvləri Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır.

“Tezliklə təşkilatın doqquz üzvü olacaq. Düşənbədə keçiriləcək sammitdə dövlət başçıları İranın öz sıralarına qəbul edilməsinin başlanıldığını elan etməlidirlər”, - deyə məqalədə qeyd olunub.

Bildirilir ki, ŞƏT-ə üzv olmaq prosesi uzun sürə bilər.