QR CodeQR Code

İran Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur

إسلام تايمز , 9 Sep 2021 09:32

İslamTimes: İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olacaq, ŞƏT-ə qoşulma prosedurunun başlanılması Tacikistanda keçiriləcək sammitdə elan olunacaq.


APA xəbər verir ki, bu barədə “Kommersant” qəzeti özəl mənbələrə istinadən məlumat yayıb.

ŞƏT-in sammiti 16-17 sentyabrda Düşənbədə keçiriləcək. Hazırda təşkilatın üzvləri Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır.

“Tezliklə təşkilatın doqquz üzvü olacaq. Düşənbədə keçiriləcək sammitdə dövlət başçıları İranın öz sıralarına qəbul edilməsinin başlanıldığını elan etməlidirlər”, - deyə məqalədə qeyd olunub.

Bildirilir ki, ŞƏT-ə üzv olmaq prosesi uzun sürə bilər.


Story Code: 952926

News Link :
https://www.islamtimes.org/az/news/952926/iran-şanxay-əməkdaşlıq-təşkilatına-qoşulur

Islam Times
  https://www.islamtimes.org