QR CodeQR Code

Taliban rəhbərlik etdiyi “dövlət”in adını açıqlayıb

9 Sep 2021 12:44

İslamTimes: “Ölkədə yeni İslam dövləti "Əfqanıstan İslam Əmirliyi" adı ilə fəaliyyətini rəsmən başladıb.”


SalamNews ToloNews-a istinadla xəbər verir ki, bunu Talibanın “Mədəniyyət Komissiyası”nın üzvü Ənamulla Səmənqani deyib.

Talibanın tanınmış üzvü bu gün mətbuata verdiyi açıqlamasında bildirib ki, artıq dövlət “Əfqanıstan İslam Əmirliyi” adı altında fəaliyyətə başlayıb.

Qeyd edək ki, sabiq dövlət Əfqanıstan İslam Respublikası adlanırdı.

Xatırladaq ki, Taliban hərəkatı rəhbərlik etdiyi 22 nazirdən ibarət hökumətini elan edib. Bu hökumətdə yer alan nazirlərin hamısı pəştun millətinin və yalnız hərəkatın nümayəndələridir. Hələ heç bir dövlət bu dövlət və hökuməti rəsmən tanıdığını elan etməyib. Buna baxmayaraq əksər dövlətlər Talibanla təmasları bərpa ediblər.


Story Code: 952975

News Link :
https://www.islamtimes.org/az/news/952975/taliban-rəhbərlik-etdiyi-dövlət-in-adını-açıqlayıb

Islam Times
  https://www.islamtimes.org