0
Thursday 9 September 2021 - 14:33

İran və BƏƏ xarici işlər nazirləri telefonla danışdı

Story Code : 952984
İran və BƏƏ xarici işlər nazirləri telefonla danışdı
Abdullahiyan bu telefon danışığında iki ölkə arasındakı güclü və sabit əlaqələrlə yanaşı ikitərəfli, regional və beynəlxalq mövzularda məsləhətləşmələrin əhəmiyyətini vurğulayıb.

Əmir Abdullahiyan BƏƏ Baş naziri Məhəmməd ibn Rəşid əl-Məktum ilə son görüşünə də toxunaraq, əlaqələrin inkişafına dəstək olaraq iki ölkə liderlərinin müsbət rəftarının böyük əhəmiyyət daşıdığını ifadə edib.

BƏƏ XİN rəhbəri Şeyx Abdullah ibn Zayed isə öz növbəsində Əmir Abdullahiyanı xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib və iki qonşu ölkə arasında yaxşı əlaqələrin olduğunu vurğulayıb. /Eastnews/