QR CodeQR Code

Rusiya sülhməramlılarının yeni komandanı İrəvana getdi

9 Sep 2021 15:27

İslamTimes: Ermənistan müdafiə naziri Arşak Karapetyan Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeni komandanı general-mayor Mixail Kosobokov və Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının komandiri polkovnik Dmitri Ovçarovla görüşüb.


Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə Rusiyanın İrəvandakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesi polkovnik İqor Şerbakov da iştirak edib.

Görüş zamanı Karapetyan Rusiyanın bölgədəki hərbi-siyasi vəziyyətin sabitləşməsinə yönəlmiş səylərini, həmçinin Qarabağdakı sülhməramlı missiyanın səmərəliliyini yüksək qiymətləndirib.

Qeyd edək ki, Rusiya sülhməramlılarının əvvəlki komandanı general-leytenant Rüstəm Muradovun səlahiyyət müddəti başa çatıb.


Story Code: 952987

News Link :
https://www.islamtimes.org/az/news/952987/rusiya-sülhməramlılarının-yeni-komandanı-irəvana-getdi

Islam Times
  https://www.islamtimes.org