QR CodeQR Code

Noam Çomski: “ABŞ-ın terrorizmə qarşı müharibəsi dünyanı viran etdi”

Deyerler , 9 Sep 2021 21:24

Islamtimes -Məşhur amerikalı mütəfəkkir, filosof və tarixçi Noam Çomski, 20 il əvvəl ABŞ-ın terrorla mübarizə kontekstində başlatdığı savaşın dünyanın böyük hissəsini viran qoyduğunu qeyd edib.



Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, 11 sentyabr 2001-ci il hadisəsinin ildönümü münasibətilə televiziya kanalında danışan Çomski, bunları deyib: “Terrorla mübarizə bəhanəsi ilə Mərkəzi və Qərbi Asiyanın böyük hissəsinin viran olması ABŞ-ın gücünü heç bir şəkildə artırmadı”.
 
Çomski açıqlamasının davamında ABŞ-ın Əfqanıstana hücum etdiyi bir vaxtda terrorun bazasının Əfqanıstanın yalnız bir guşəsi ilə məhdudlaşdığını, ancaq indiki nöqtədə bu bazanın bütün dünyaya yayıldığını vurğulayıb.
 
Beynəlxalq araşdırmaların ABŞ-ın dünya sülhü üçün böyük təhdid sayıldığını göstərdiyini qeyd edən Çomski, Əfqanıstana hücumun təkcə beynəlxalq qanunların pozulması yox, həm də heç bir qanuni əsaslandırılmamış hücum olduğunu göstərdiyini söyləyib.
 
Çomski ABŞ gücünün dağılmaq üzrə olduğunu qeyd edərək, bu hadisənin eks-prezident Trampın prezidentliyindən əvvəlki dövrdən etibarən ABŞ-ın qlobal nüfuzuna böyük zərbə vurduğunu söyləyib.
 


Story Code: 953020

News Link :
https://www.islamtimes.org/az/news/953020/noam-çomski-abş-ın-terrorizmə-qarşı-müharibəsi-dünyanı-viran-etdi

Islam Times
  https://www.islamtimes.org