0
Thursday 9 September 2021 - 21:54

Fələstin rəsmisi: Tezliklə İsrail həbsxanalarında əsirlərin inqilabına şahid olacağıq

Story Code : 953031
Fələstin rəsmisi: Tezliklə İsrail həbsxanalarında əsirlərin inqilabına şahid olacağıq
Farvana bu barədə Sputnik-ə bildirib: "Məhbusların bir İsrail həbsxanasından digərinə köçürülmə prosesi artıb və bu onlara qarşı qəddar hücumun bir hissəsidir. Çünki sionistlər fələstinli əsirlər, xüsusilə İslami Cihad Hərəkatı üzvü olan əsirlər arasında bir növ parçalanma və qeyri-sabitlik yaratmaq istəyirlər."

O əlavə edib ki, sionistlərin bu hərəkətləri əsirlərdən qisas almaq və onları, xüsusilə İslami Cihad Hərəkatından olan məhbusları toplu şəkildə cəzalandırmaq üçündür. Bu Müqavimət Hərəkatından olan əsirlərə təzyiq göstərilməsi və onlardan qisas alınması üçün onlar təkadamlıq kameralara köçürülür.