QR CodeQR Code

Fələstin rəsmisi: Tezliklə İsrail həbsxanalarında əsirlərin inqilabına şahid olacağıq

إسلام تايمز , 9 Sep 2021 21:54

İslamTimes: Fələstinli Məhbuslarla İş üzrə İdarənin Araşdırmalar və Sənədləşmə şöbəsinin müdiri Abdul-Nasir Farvana bildirib ki, Sionist rejimdəki həbsxanalar təhlükəli bir repressiya mərhələsinə və məhbuslara zərər verməyə qədəm qoyub.


Farvana bu barədə Sputnik-ə bildirib: "Məhbusların bir İsrail həbsxanasından digərinə köçürülmə prosesi artıb və bu onlara qarşı qəddar hücumun bir hissəsidir. Çünki sionistlər fələstinli əsirlər, xüsusilə İslami Cihad Hərəkatı üzvü olan əsirlər arasında bir növ parçalanma və qeyri-sabitlik yaratmaq istəyirlər."

O əlavə edib ki, sionistlərin bu hərəkətləri əsirlərdən qisas almaq və onları, xüsusilə İslami Cihad Hərəkatından olan məhbusları toplu şəkildə cəzalandırmaq üçündür. Bu Müqavimət Hərəkatından olan əsirlərə təzyiq göstərilməsi və onlardan qisas alınması üçün onlar təkadamlıq kameralara köçürülür.


Story Code: 953031

News Link :
https://www.islamtimes.org/az/news/953031/fələstin-rəsmisi-tezliklə-israil-həbsxanalarında-əsirlərin-inqilabına-şahid-olacağıq

Islam Times
  https://www.islamtimes.org