0
Thursday 9 September 2021 - 22:29

İranın ABŞ bazasına hücum xəbəri Tramp tərəfindən senzura edilib

Story Code : 953042
İranın ABŞ bazasına hücum xəbəri Tramp tərəfindən senzura edilib
Tramp administrasiyası dövründə Pentaqonun sözçüsü olmuş Alisa Farah bildirib ki, Ağ Ev o vaxt Pentaqondan İranın ABŞ-ın İraqdakı hərbi bazasına endirdiyi raket zərbəsi nəticəsində beyin travması alan hərbçilərlə bağlı məlumatları gizlətməsini xahiş etmişdi.

İngiltərənin "Guardian" qəzetinin yazdığına görə, Alisa Farah bildirib ki, Tramp hücumda heç bir itki olmadığını iddia etdikdən sonra Ağ Ev hücum zamanı ciddi xəsarət alan olmadığını elan etmələri üçün bir çox yerə təzyiq göstərib.

Amma əsil həqiqətdə 8 yanvar 2020-ci ildə ABŞ qüvvələrinin yerləşdiyi İraqdakı iki bazaya raket hücumu nəticəsində 100-dən çox amerikalı hərbçi beyin travması almışdı. Həmin zaman onlarla hərbçi daha ciddi şəkildə müalicə üçün Almaniyaya göndərilib.