0
Monday 29 August 2011 - 09:59

Liviya: cəsədlər tükənmir

Story Code : 95316
Liviya: cəsədlər tükənmir
Liviya: cəsədlər tükənmir
Liviyada üsyançıların rəhbərliyi Tripoli həndəvərlərindən birindəki anbarda tapılan 50 yandırılmış cəsədin kimlər olduğunu araşdırmağa çalışır.

Milli.Az xəbər portalı "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, cəsədlər Liviyanın devrilmiş lideri Müəmmar Qəzzafinin oğullarından birinin başçılıq etdiyi briqadanın yerləşdiyi hərbi bazada aşkarlanıb. Şahidlərin dediklərinə görə, anbar ağzına qədər mülki şəxslərlə dolu olub. Əsgərlər və muzdlular adamlara atəş açaraq onlar tərəfə əl qumbaraları atıblar.
Daha çox cəsəd anbarın çölündədir.

Tripolidə isə xəstəxanalardan birində 200 meyit tapılıb. Həkimlər xəstələri qoyub qaçdıqlarından xəstəxanadakı pasiyentlər ölüblər.
Comment