QR CodeQR Code

"Sinovac" peyvəndini Cənubi Afrikada 6 aylıq uşaqlarda sınayacaq

11 Sep 2021 09:01

İslamTimes: Çinin "Sinovac" şirkəti, altı aydan 17 yaşa qədər olan uşaq və yeniyetmələrdə koronavirus peyvəndinin təsirini sınayacaq. Bu barədə xarici KİV-lər yazır.


Sınaqların məqsədi "Sinovac" peyvəndlərinin koronavirus infeksiyasına və COVID-19 ağır hallarına qarşı təhlükəsizliyini, immunogenliyini və effektivliyini qiymətləndirməkdir. "Sinovac" araşdırmanı, Cənubi Afrikalı ortağı "Numolux Group" ilə birlikdə aparacaq.

Daha əvvəl Çin hökuməti, təcili istifadə üçün "Sinovac" tərəfindən hazırlanmış "CoronaVac" peyvəndinin ilə üç yaşından etibarən uşaqlar üçün tətbiqinə icazə verib. The "Lancet" tibb jurnalında nəşr olunan araşdırmaya görə, peyvənd üç yaşdan 17 yaşa qədər olan uşaqlarda aparılan sınaqlarda yüksək effektivlik nümayiş etdirib.


Story Code: 953248

News Link :
https://www.islamtimes.org/az/news/953248/sinovac-peyvəndini-cənubi-afrikada-6-aylıq-uşaqlarda-sınayacaq

Islam Times
  https://www.islamtimes.org