QR CodeQR Code

Quterreş: Talibanla danışıqlar aparmaq zəruridir!

إسلام تايمز , 11 Sep 2021 14:09

İslamTimes: BMT baş katibi Antonio Quterreş Əfqanıstandakı mövcud vəziyyətdən narahatlığını ifadə edərək, Talibanla danışıqlar aparılmasının zəruri olduğunu vurğulayıb.


Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının baş katibi "Taliban"la əlaqələr haqda danışarkən qeyd edib ki, onlarla daim əlaqə saxlanılır və Talibanla dialoq hazırda çox vacib məsələdir.

Əfqanıstandakı iqtisadi böhrana toxunan Quterreş əlavə edib: "Əfqanıstan iqtisadiyyatına bir qədər likvidlik daxil etməyimizə imkan verən mexanizmlər tapılmalıdır".

Livanda yeni hökumət formalaşdırılmasına da toxunan Quterreş bunun əhəmiyyətli bir addım olduğunu söyləyib.


Story Code: 953305

News Link :
https://www.islamtimes.org/az/news/953305/quterreş-talibanla-danışıqlar-aparmaq-zəruridir

Islam Times
  https://www.islamtimes.org