0
Saturday 11 September 2021 - 15:50

Beynəlxalq Atom Enerjisi Agentliyinin sədri nüvə danışıqlarının bərpası üçün İrana gedir

Story Code : 953327
Beynəlxalq Atom Enerjisi Agentliyinin sədri nüvə danışıqlarının bərpası üçün İrana gedir
SalamNews Reuters-ə istinadla xəbər verir ki, BAEA-nin sədri Rafael Qrossi sabah Tehrana gedəcək. Səfərdən məqsəd İranı nüvə sazişinin bərpası üçün danışıqları davam etdirməyə təşviq etməkdir.

Bundan öncə BAEA son hesabatında bildirib ki, İranda 60 faiz dərəcəsində zənginləşdirilərək ərsəyə gətirilən uranın miqdarı 10 kq-a çatıb. Təşkilat ötən aykı hesabatında bildirib ki, “İranın uranı zənginləşdirməsi işi, onu nüvə silahının istehsalı mərhələsinə yaxınlaşdırıb.”

Xatırladaq ki, ABŞ, dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişindən birtərəfli şəkildə çıxandan sonra İrana qarşı sərt sanksiyalara başlayıb. Sazişdə qalan Avropa dövlətləri neftin satışı və maliyyə köçürmələrilə bağlı İrana verdikləri vədə əməl edə bilmədikdən sonra rəsmi Tehran da sazişdə olan öhdəliklərini tədricən azaltmağa başlayıb. Ötən ildə İranın Nətənz nüvə obyektinə qarşı təxribat və bir nüvə aliminin terror edilməsindən sonra İran sazişdə olan öhdəliklərini daha da azaldıb və uranın 60 faiz dərəcəsində zənginləşdirilməsi işlərinə başlayacağını, nüvə obyektlərində olan kameraların çəkilişlərini məhdudlaşdırdığını və sair addımları atdığını bildirib.