0
Saturday 11 September 2021 - 15:26

Ayətullah Xamenei: "İran Ordusu şanlı İslam İnqilabının ali məqsədləri uğrunda mübarizəyə hazırdır"

Story Code : 953343
Ayətullah Xamenei: "İran Ordusu şanlı İslam İnqilabının ali məqsədləri uğrunda mübarizəyə hazırdır"
Ayətullah Xameneinin İran Ordusunun Ali Baş Komandanı general-mayor Seyid Əbdürrəhim Musəviyə göndərdiyi mesajda aşağıdakı ifadələr yer alıb:
"İran İslam Respublikası Ordusu Hərbi Dəniz Qüvvələrinin 75 -ci dəniz eskadriyasını ölkənin dənizçilik tarixində ilk dəfə olaraq reallaşdırdığı Atlantik okeanındakı kritik missiyasından güclü və şərəfli qayıdışı münasibətilə təbrik edirəm.
Allaha şükür olsun ki, İran İslam Respublikası Ordusu yorulmaz, bəsirətli və çalışqan heyəti ilə meydanda şanlı İslam İnqilabının ali məqsədləri uğrunda mübarizəyə hazırdır. Ordudakı bacarıqları qoruyun və təkmilləşdirin.
Zəhmət olmasa salamlarımı və təşəkkürlərimi İran Ordusu Hərbi Dəniz Qüvvələrinin 75-ci dəniz eskadriya komandirinə və heyətinə çatdırın". /Eastnews/