0
Saturday 11 September 2021 - 17:28

BMT rəsmisi Yəməndə humanitar vəziyyətlə bağlı xəbərdarlıq edib

Story Code : 953344
BMT rəsmisi Yəməndə humanitar vəziyyətlə bağlı xəbərdarlıq edib
SalamNews-un məlumatına görə, o verdiyi açıqlamada vurğulayıb ki, həm hava, həm də dəniz limanları yenidən açılmalıdır.  

"Yəməndə humanitar vəziyyət fəlakət səviyyəsindədir. Humanitar yardımlar bu ölkəyə əsasən dəniz və hava limanları vasitəsilə daxil olurdu", - deyə Hans Qrundberq diqqətə çatdırıb.  

BMT rəsmisi Yəməndəki humanitar vəziyyətin hər ötən gün daha da pisləşdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, hazırda Yəmənin 13 əyaləti Səudiyyə Ərəbistanı hərbi koalisiyasının hava, quru və sudan mühasirəsindədir. Bu 13 əyalətə xaricdən ərzaq, yanacaq və humanitar yardımlar Səna hava limanı və əl-Hudeyda dəniz limanından çatdırılır.