QR CodeQR Code

BMT rəsmisi Yəməndə humanitar vəziyyətlə bağlı xəbərdarlıq edib

11 Sep 2021 17:28

İslamTimes: BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq paytaxt Səna şəhərinin beynəlxalq hava limanı və Hudeyda əyalətinin dəniz limanı ilə bağlı açıqlama verib.


SalamNews-un məlumatına görə, o verdiyi açıqlamada vurğulayıb ki, həm hava, həm də dəniz limanları yenidən açılmalıdır.  

"Yəməndə humanitar vəziyyət fəlakət səviyyəsindədir. Humanitar yardımlar bu ölkəyə əsasən dəniz və hava limanları vasitəsilə daxil olurdu", - deyə Hans Qrundberq diqqətə çatdırıb.  

BMT rəsmisi Yəməndəki humanitar vəziyyətin hər ötən gün daha da pisləşdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, hazırda Yəmənin 13 əyaləti Səudiyyə Ərəbistanı hərbi koalisiyasının hava, quru və sudan mühasirəsindədir. Bu 13 əyalətə xaricdən ərzaq, yanacaq və humanitar yardımlar Səna hava limanı və əl-Hudeyda dəniz limanından çatdırılır.


Story Code: 953344

News Link :
https://www.islamtimes.org/az/news/953344/bmt-rəsmisi-yəməndə-humanitar-vəziyyətlə-bağlı-xəbərdarlıq-edib

Islam Times
  https://www.islamtimes.org