0
Saturday 11 September 2021 - 17:54

ABŞ-ın İrəvandakı səfiri: “Status məsələsi həll edilməlidir”

Story Code : 953347
ABŞ-ın İrəvandakı səfiri: “Status məsələsi həll edilməlidir”
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ tərəfləri danışıqlar masasına qaytarmaq üçün əlindən gələni edir.

Diplomat xatırladıb ki, dövlət katibi Entoni Blinken Amerika tərəfinin mövqeyini dəfələrlə bəyan edib.

“Əlbəttə ki, otuz illik münaqişə və gərginlik bir gecədə həll edilə bilməz. Ancaq bizim üçün vacib olan fundamental məsələlər var. Biz Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğuna inanmırıq. Minsk qrupunun gündəliyində olan bu məsələ hələ də həll olunmamış qalır”, - işğalçının mövqeyinə istinadən edənTreysi bildirib.

Danışıqlar üçün ilkin şərtlərlə bağlı sualı cavablandıran səfir tərəflərin adından danışa bilməyəcəyini deyib.

Səfir Bakıda mühakimə olunan erməni terrorçuları “əsir” adlandırıb, yenə də işğalçı Ermənistanın mövqeyinə istinad edərək bildirib ki, onlar qaytarılmadan müzakirələr mümkün olmayacaq.

Qeyd edək ki, rəsmi Bakı dəfələrlə münaqişənin bitdiyini, Azərbaycanda hərbi əsirin saxlanılmadığını bildirib. Azərbaycan məhkəmələrində mühakimə olunan şəxslər isə 10 noyabr bəyanatının imzalanmasından sonra təxribat törədərək ölkə ərazilərinə girməyə çalışan diversant qrupunun üzvləridir.

“Status” məsələsinə gəldikdə, Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin bitdiyini, Qarabağa heç bir statusun verilməyəcəyini bəyan edib.