0
Sunday 12 September 2021 - 11:08

Parisdə keçirilən mitinqdə 100-ə yaxın aksiyaçı saxlanılıb

Story Code : 953442
Parisdə keçirilən mitinqdə 100-ə yaxın aksiyaçı saxlanılıb
APA bildirir ki, bu barədə “BFM” telekanalı məlumat yayıb.

Sentyabrın 11-də Fransada ölkə daxilində təxminən 121 min adam nümayişlərə qatılıb. 19 min insan isə Parisdə etiraz edib. Aksiya zamanı 3 polis əməkdaşı yaralanıb.

Fransada doqquzuncu həftədir "COVID pasportlarına" qarşı nümayişlər davam edir. Etirazçılar Fransa prezidenti Emmanuel Makronu məhdudlaşdırıcı tədbirlərlə bağlı verdiyi sərəncamlara görə "vəzifə səlahiyyətlərindən sui -istifadə" və "dövlət çevrilişində" günahlandırırlar.