QR CodeQR Code

Parisdə keçirilən mitinqdə 100-ə yaxın aksiyaçı saxlanılıb

12 Sep 2021 11:08

İslamTimes: Fransanın paytaxtı Parisdə sanitariya keçidlərinə qarşı keçirilən nümayişdə 96 nəfər saxlanılıb.


APA bildirir ki, bu barədə “BFM” telekanalı məlumat yayıb.

Sentyabrın 11-də Fransada ölkə daxilində təxminən 121 min adam nümayişlərə qatılıb. 19 min insan isə Parisdə etiraz edib. Aksiya zamanı 3 polis əməkdaşı yaralanıb.

Fransada doqquzuncu həftədir "COVID pasportlarına" qarşı nümayişlər davam edir. Etirazçılar Fransa prezidenti Emmanuel Makronu məhdudlaşdırıcı tədbirlərlə bağlı verdiyi sərəncamlara görə "vəzifə səlahiyyətlərindən sui -istifadə" və "dövlət çevrilişində" günahlandırırlar.


Story Code: 953442

News Link :
https://www.islamtimes.org/az/news/953442/parisdə-keçirilən-mitinqdə-100-ə-yaxın-aksiyaçı-saxlanılıb

Islam Times
  https://www.islamtimes.org