0
Sunday 12 September 2021 - 12:03

ABŞ-dan dəhşətli cinayət - PUA ilə İŞİD üzvü adı ilə mühəndisi bombaladı

Story Code : 953456
ABŞ-dan dəhşətli cinayət - PUA ilə İŞİD üzvü adı ilə mühəndisi bombaladı
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.

“Araşdırma zamanı bəlli olub ki, öldürülən şəxsin adı Zemari Əhmədidir. ABŞ hökumətinin İŞİD üzvü olduğunu iddia etdiyi Əhmədi Kaliforniyada yardım və logistika şirkətində elektrik mühəndisi kimi çalışıb.

Kamera görüntülərində hadisə günü Əhmədinin iş yoldaşları ilə birgə Kabildə Talibanın nəzarətindəki parkda miqrantlara ərzaq yardımı etdiyi və günortadan sonra iş yoldaşlarını götürdüyü yerə buraxaraq evinə getdiyi sübut olunub.

Əhmədinin iş yoldaşlarını buraxdığı yerdə yanında gətirdiyi bidonlara su dolduraraq maşına yükləməsi ABŞ-a aid PUA kamerasında partlayıcı kimi görünüb.

Mühəndis evinin həyətinə girdiyi vaxt PUA-lar tərəfindən bombardman edilib. Eyni ailədən 7-si uşaq olmaqla, 10 mülki şəxsin öldüyü bildirilir”, - qəzet yazır.

Qeyd edək ki, Pentaqon avqustun 29-da İŞİD-ə aid olan və Kabildə terror aktı törətməyi planlaşdıran avtomobili PUA vasitəsilə vurduğunu açıqlamışdı.