QR CodeQR Code

FTB 11 sentyabrla bağlı gizli sənəd yaydı

12 Sep 2021 14:27

İslamTimes: ABŞ Federal Təhqiqat Bürosu (FTB) ölkə Prezidenti Co Baydenin fərmanı çərçivəsində 11 sentyabr 2001-ci il terror hücumlarına dair sənədlərin birinci hissəsini yayımlayıb.


Axar.az xəbər verir ki, sənəd FTB-nin saytında yerləşdirilib.

Məxfilikdən çıxarılmış sənəd 2016-cı ilə aiddir.

16 səhifədən ibarət olan sənəd Səudiyyə Ərəbistanının Los-Ancelesdəki konsulluğunda işləyən, daha sonra Amerika vətəndaşlığı almaq istəyən bir şəxsin ifadəsinə əsaslanır. Mənbənin adı məxfilik səbəbindən silinib.

Hesabat 11 sentyabr 2001-ci ildə sərnişin təyyarələrinin qaçırılmasında iştirak edən terrorçulara əhəmiyyətli maddi-texniki dəstək verə biləcək insanlarla bu şəxsin təmaslarına aiddir.


Story Code: 953457

News Link :
https://www.islamtimes.org/az/news/953457/ftb-11-sentyabrla-bağlı-gizli-sənəd-yaydı

Islam Times
  https://www.islamtimes.org