0
Sunday 12 September 2021 - 14:50

Rafael Qrossi Tehrana getdi - İlk səfər

Story Code : 953461
Rafael Qrossi Tehrana getdi - İlk səfər
Modern.az xəbər verir ki, bu, İranda yeni hökumət formalaşdıqdan sonra AEBA rəhbərinin bu ölkəyə ilk səfəridir.

Səfər çərçivəsində R.Qrossi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İran Atom Enerji Təşkilatının sədri Məhəmməd İslami ilə görüşməlidir. Səfərin məqsədi 2015-ci ildə bağlanmış nüvə sazişinin xilası üçün yeni danışıqların müzakirə edilməsidir.

AEBA-dan, həmçinin bildirilib ki, R. Qrossi səfərdən qayıtdıqdan sonra mətbuata geniş açıqlama verəcək.