QR CodeQR Code

Zelenski ABŞ-ı Ukraynadakı mövcudluğunu genişləndirməyə çağırıb

13 Sep 2021 08:56

İslamTimes: Ukrayna prezidenti Vladimir Zelenski rəsmi Vaşinqtondan alınan yardımın miqdarı baxımından Ukraynanı Əfqanıstanla müqayisə etməməyə çağırıb.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Zelenski “CNN” telekanalına müsahibəsində deyib.

“Düşünmürəm ki, Ukrayna ilə Əfqanıstanı müqayisə edə bilərik. Biz Əfqanıstan qədər ABŞ-dan asılı deyilik. Hesab edirəm ki, Ukrayna kimi coğrafi baxımdan böyük bir ölkəni dörd, beş, yeddi gündə ələ keçirmək mümkün deyil”, - deyə Zelenski bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ-ın Ukraynadan çıxması barədə söhbət getmir, üstəlik Vaşinqtonun Ukraynada öz mövcudluğunu artırması ilə bağlı zərurət var.


Story Code: 953547

News Link :
https://www.islamtimes.org/az/news/953547/zelenski-abş-ı-ukraynadakı-mövcudluğunu-genişləndirməyə-çağırıb

Islam Times
  https://www.islamtimes.org