0
Monday 13 September 2021 - 08:56

Zelenski ABŞ-ı Ukraynadakı mövcudluğunu genişləndirməyə çağırıb

Story Code : 953547
Zelenski ABŞ-ı Ukraynadakı mövcudluğunu genişləndirməyə çağırıb
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Zelenski “CNN” telekanalına müsahibəsində deyib.

“Düşünmürəm ki, Ukrayna ilə Əfqanıstanı müqayisə edə bilərik. Biz Əfqanıstan qədər ABŞ-dan asılı deyilik. Hesab edirəm ki, Ukrayna kimi coğrafi baxımdan böyük bir ölkəni dörd, beş, yeddi gündə ələ keçirmək mümkün deyil”, - deyə Zelenski bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ-ın Ukraynadan çıxması barədə söhbət getmir, üstəlik Vaşinqtonun Ukraynada öz mövcudluğunu artırması ilə bağlı zərurət var.