QR CodeQR Code

Zelenski: “Bayden Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyib”

13 Sep 2021 08:03

İslamTimes: Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, amerikalı həmkarı Cozef Bayden Ukraynanın NATO üzvü olması cəhdini dəstəkləyir.


Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.

Ukrayna rəhbəri bununla yanaşı əlavə edib ki, bu qərar təkcə Birləşmiş Ştatlardan asılı deyil.

"O dedi: "Mən düşünürəm ki, siz orada (NATO-da-red) olmalısınız, amma bu yalnız məndən asılı deyil", — Zelenski qeyd edib.

Daha əvvəl Zelenski bildirib ki, Ukrayna ABŞ-dan NATO-ya üzvlüklə bağlı birbaşa cavab almayıb.

Bu halda Ukrayna lideri hesab edir ki, rəsmi Kiyev Amerikaya etibar edə bilər, çünki iki dövlətin hazırkı münasibətləri başqa səviyyədədir.


Story Code: 953550

News Link :
https://www.islamtimes.org/az/news/953550/zelenski-bayden-ukraynanın-nato-ya-üzvlüyünü-dəstəkləyib

Islam Times
  https://www.islamtimes.org