0
Monday 13 September 2021 - 08:03

Zelenski: “Bayden Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyib”

Story Code : 953550
Zelenski: “Bayden Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyib”
Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.

Ukrayna rəhbəri bununla yanaşı əlavə edib ki, bu qərar təkcə Birləşmiş Ştatlardan asılı deyil.

"O dedi: "Mən düşünürəm ki, siz orada (NATO-da-red) olmalısınız, amma bu yalnız məndən asılı deyil", — Zelenski qeyd edib.

Daha əvvəl Zelenski bildirib ki, Ukrayna ABŞ-dan NATO-ya üzvlüklə bağlı birbaşa cavab almayıb.

Bu halda Ukrayna lideri hesab edir ki, rəsmi Kiyev Amerikaya etibar edə bilər, çünki iki dövlətin hazırkı münasibətləri başqa səviyyədədir.