0
Monday 13 September 2021 - 10:21

İŞİD terrorçuları İraqda 3 hərbçini öldürüblər

Story Code : 953567
İŞİD terrorçuları İraqda 3 hərbçini öldürüblər
APA xəbər verir ki, bu barədə İraqın “Shafaq” xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bir qrup silahlı əvvəlcə Diyala əyalətinin Əl-Əzim bölgəsində İraq ordusunun birinci diviziyasının alaylarından birinin hərbçilərinə hücum edib. Döyüşdə bir İraq əsgəri yaralanıb.

Bir neçə saat sonra terrorçular ət-Talaa kəndində başqa bir alayın əsgərlərinə hücum ediblər. Silahlılar ordu obyektini ələ keçiriblər, üç İraq hərbçisini öldürülüb, bir nəfəri isə yaralanıb.

“Bir qrup terrorçu orada barrikada quraraq döyüş meydanına qaçan təhlükəsizlik işçilərini vurublar. Qarşıdurmalar hələ də davam edir”, - deyə mənbə əlavə edib.