0
Monday 13 September 2021 - 14:28

Putin Tacikistana səfər edəcək

Story Code : 953593
Putin Tacikistana səfər edəcək

“Report” “tj.sputniknews”a istinadən xəbər verir ki, məlumatı Tacikistanın Xarici İşlər Nazirliyi yayıb.
 
Bildirilib ki, Vladimir Putinin Emomali Rahmonla təkbətək görüşü nəzərdə tutulub.
 
Məlumata görə, prezidentlər Düşənbə, Xocənd, Kulyab, Bohtar və Tursunzoda şəhərlərindəki rusdilli 5 məktəbin təməlqoyma mərasimində virtual olaraq iştirak edəcəklər.
 
Görüşün yekununda Rusiya və Tacikistan liderləri ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair 10-dan çox sənəd imzalayacaqlar.
 
Source : Report
Comment