0
Monday 13 September 2021 - 14:50

Elvin Mürvətoğlu azadlığa çıxdı

Story Code : 953602
Elvin Mürvətoğlu azadlığa çıxdı

Elvin Mürvətoğlunu saxlanıldığı CÇM qarşısında yaxınları, dostları və onu sevənlər qarşılayıblar.
 
MBH üzvünün 17 saylı CÇM-də vaxtından əvvəl həbs müddətini bitirərək azadlığa çıxdığı diqqətə çatdırılır.
 
Xatırladaq ki, Elvin Mürvətoğlu cəmiyyətdə yazdığı şeirlər və mahnılar ilə tanınıb. Gənc fəal Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və digər siyasi məhbuslar haqqında səsləndirdiyi bir çox şeirlər ilə mahnıların müəllifi olmaqla yanaşı, həm də ifaçısıdır.
 
Yaxınları Elvin Mürvətoğlunun həbsinə səbəb olaraq Tale Bağırzadəyə həsr etdiyi “Azadə qardaş” adlı mahnıını səbəb olaraq görürlər.
 
2020-ci ilin 13 mart tarixində qanunsuz silah saxlamaq maddəsi ilə ittiham olunan Elvin Mürvətoğlu elə həmən ilin 25 sentyabr tarixində 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
 
Source : Deyerler
Comment


Related files