QR CodeQR Code

Elvin Mürvətoğlu azadlığa çıxdı

Deyerler , 13 Sep 2021 14:50

İslamtimes - Müsəlman Birliyi Hərəkatının üzvü, gənc fəal Elvin Mürvətoğlu bu gün (red- 13 sentyabr) azadlığa çıxıb.



Elvin Mürvətoğlunu saxlanıldığı CÇM qarşısında yaxınları, dostları və onu sevənlər qarşılayıblar.
 
MBH üzvünün 17 saylı CÇM-də vaxtından əvvəl həbs müddətini bitirərək azadlığa çıxdığı diqqətə çatdırılır.
 
Xatırladaq ki, Elvin Mürvətoğlu cəmiyyətdə yazdığı şeirlər və mahnılar ilə tanınıb. Gənc fəal Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və digər siyasi məhbuslar haqqında səsləndirdiyi bir çox şeirlər ilə mahnıların müəllifi olmaqla yanaşı, həm də ifaçısıdır.
 
Yaxınları Elvin Mürvətoğlunun həbsinə səbəb olaraq Tale Bağırzadəyə həsr etdiyi “Azadə qardaş” adlı mahnıını səbəb olaraq görürlər.
 
2020-ci ilin 13 mart tarixində qanunsuz silah saxlamaq maddəsi ilə ittiham olunan Elvin Mürvətoğlu elə həmən ilin 25 sentyabr tarixində 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
 


Story Code: 953602

News Link :
https://www.islamtimes.org/az/news/953602/elvin-mürvətoğlu-azadlığa-çıxdı

Islam Times
  https://www.islamtimes.org