0
Monday 13 September 2021 - 19:33

Rus diplomat: İrandan ümidverici siqnallar alırıq

Story Code : 953645
Rus diplomat: İrandan ümidverici siqnallar alırıq
Mixail Ulyanov bazar günü səhər İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin çıxışına istinadla yazıb: "Vyana danışıqlarının bərpası uzun müddətdir ki, təxirə salınır. Amma İran Xarici İşlər Nazirliyi rəsmisinin son açıqlaması İran tərəfindən alınan ümidverici bir siqnaldır."

Ulyanov Vyana danışıqlarının yeni raundunun vaxtı barədə açıqlama verərkən deyib: "Vyana danışıqlarının altıncı və yeddinci raundları arasındakı zaman fasiləsi çox uzun oldu. İndi danışıqlar masasına qayıtmaq zamanıdır."