0
Monday 13 September 2021 - 20:14

Həmas: İsrailin Qəzzadakı vəziyyəti yaxşılaşdırmaq planı yalan və absurddur

Story Code : 953650
Həmas: İsrailin Qəzzadakı vəziyyəti yaxşılaşdırmaq planı yalan və absurddur
Əl-Xəlic əl-Cədid xəbər saytı Hazem Qasimin sözlərindən sitat gətirərək yazıb: "Sionist rejim xarici işlər naziri Yair Lapid tərəfindən Qəzzadakı vəziyyətin normallaşdırılması iddiası ilə təqdim edilən plan yalan və absurd vədlərə əsaslanır."

Müqavimət Hərəkatı qeyd edib ki, Həmas bu uğursuz planın bir hissəsi olmayacaq. Sionist rejim elə düşünür ki, Fələstində iqtisadi sahədə bəzi problemlərin həll edilməsi Fələstin xalqını işğal olunmuş torpaqlarının azad edilməsi hədəfindən, qaçqınların geri qayıtması məqsədindən vaz keçirə bilər.