0
Monday 13 September 2021 - 20:39

ABŞ: İrana qarşı qətnamə verməyəcəyik

Story Code : 953653
ABŞ: İrana qarşı qətnamə verməyəcəyik
ABŞ Dövlət Departamentinin sözçüsü bazar ertəsi günü "The Wall Street Journal" bildirib ki, Amerika Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyəti Şurasının bu həftə keçiriləcək iclasında İrana qarşı hər hansı qətnamə irəli sürmək niyyətində deyil.

Bu barədə bazar ertəsi Reuters agentliyi də məlumat yayaraq, qeyd edib: "Qərb Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyəti Şurasının iclasında İranı tənqid edən qətnamə təqdim etmək fikrindən daşınıb..."