0
Monday 13 September 2021 - 20:50

İran: Əfqanıstanda hamını əhatə edən hökumət təşkil edilməlidir

Story Code : 953654
İran: Əfqanıstanda hamını əhatə edən hökumət təşkil edilməlidir
“Qardaş qırğınına aparan yolun doğru yol olmadığını dəfələrlə vurğulamışıq. Müharibə həll yolu deyil və Əfqanıstanda ölkənin demoqrafik və etnik tərkibini əks etdirən əhatəli bir hökumət qurulmalıdır və yalnız belə bir hökumət ölkəyə davamlı sülh gətirə bilər. Heç bir azlığın təşkil etdiyi hökumət uzun müddətdə Əfqanıstana maksimum sülh və sabitlik gətirə bilməz.”

SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

İran rəsmisi bu gün keçirilən mətbuat konfransında İranın Talibanın təşkil etdiyi hökumətlə bağlı mövqeyini yenidən açıqlayıb və bildirib ki, Əfqanıstanda təşkil edilən hökumət bütün qüvvələri, millətləri, din və dil nümayəndələrini əhatə etməlidir.

O əlavə edib:

“Əfqanıstan xalqının iradəsinin yerinə yetirilməsinə və bu ölkəyə xarici müdaxilənin olmamasına təkidlə yanaşırıq. Əfqanıstan xalqı dəfələrlə sübut etdi ki, ölkələrində əcnəbilərin olmasına dözmürlər və bütün ölkələr Əfqan xalqının iradəsinə hörmətlə yanaşmalıdır.”