QR CodeQR Code

"Taliban" qadınları Kabil aeroportunda işə dəvət etdi

14 Sep 2021 10:08

İslamTimes: Kabil aeroportunun aralarında qadınların da olduğu işçiləri Taliban hərəkatının xahişi ilə işə qayıdırlar.


Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə Tolo News telekanalı məlumat yayıb.

"İşə qayıtmağımızı xahiş etdikləri üçün şadıq. İstəyirik ki, bundan sonra hökumət bizə maaş ödəsin", - aeroportda işləyən yüz qadından biri olan Zəhra Əmiri telekanala müsahibəsində deyib.

Lida adlı digər qadın əməkdaş isə deyib ki, taliblərin gəlişindən sonra işlərini dayandırmalı olublar. "İndi isə biz havayı işləyirik", - o əlavə edib.

Telekanal bildirir ki, sərhəd polisinin əməkdaşları da işə qayıdıblar, ancaq KİV-lə ünsiyyətdən qaçırlar. Taliban da şərh verməkdən imtina edib.

Tolo News qeyd edir ki, avqustun 15-də taliblər hakimiyyətə gəldikdən sonra dövlət işçilərinin əksəri işə çıxmayıb.


Story Code: 953751

News Link :
https://www.islamtimes.org/az/news/953751/taliban-qadınları-kabil-aeroportunda-işə-dəvət-etdi

Islam Times
  https://www.islamtimes.org