0
Tuesday 14 September 2021 - 10:08

"Taliban" qadınları Kabil aeroportunda işə dəvət etdi

Story Code : 953751
"Taliban" qadınları Kabil aeroportunda işə dəvət etdi
Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə Tolo News telekanalı məlumat yayıb.

"İşə qayıtmağımızı xahiş etdikləri üçün şadıq. İstəyirik ki, bundan sonra hökumət bizə maaş ödəsin", - aeroportda işləyən yüz qadından biri olan Zəhra Əmiri telekanala müsahibəsində deyib.

Lida adlı digər qadın əməkdaş isə deyib ki, taliblərin gəlişindən sonra işlərini dayandırmalı olublar. "İndi isə biz havayı işləyirik", - o əlavə edib.

Telekanal bildirir ki, sərhəd polisinin əməkdaşları da işə qayıdıblar, ancaq KİV-lə ünsiyyətdən qaçırlar. Taliban da şərh verməkdən imtina edib.

Tolo News qeyd edir ki, avqustun 15-də taliblər hakimiyyətə gəldikdən sonra dövlət işçilərinin əksəri işə çıxmayıb.