0
Tuesday 14 September 2021 - 12:45

Kanadada məcburi peyvəndə qarşı etiraz aksiyaları keçirilib

Story Code : 953767
Kanadada məcburi peyvəndə qarşı etiraz aksiyaları keçirilib
APA “CBC” telekanalına istinadən xəbər verir ki, etirazçılar Toronto, Ottava, Vinnipe, Montreal və Halifaks şəhərlərindəki xəstəxanaların qarşısına toplaşıblar.

Etirazçılar COVID əleyhinə peyvənd vurulması ilə bağlı insanlara seçmə imkanı verməyə çağırıbılar.

Aksiyalar dinc şəraitdə keçirilib.

Etiraz nümayişləri Baş nazir Jastin Tryudo da daxil olmaqla ölkə rəsmiləri tərəfindən qınanılıb.

Qey edək ki, Ontarioda sözügedən pasportlar sentyabrın 22-də tətbiq olunacaq.