0
Tuesday 14 September 2021 - 16:29

“Feyenoord” iranlı futbolçusunu müdafiə etdi

Story Code : 953797
“Feyenoord” iranlı futbolçusunu müdafiə etdi
Deyerler.org Mehrnews-a istinadən xəbər verir ki, “Feyenoord” bu gün (14 sentyabr) UEFA Avropa Konfransı Liqası çərçivəsində İsrail rejimini təmsil edən “Makkabi Haifa” komandası ilə qarşılaşacaq.

Feyenoord klubunun iranlı futbolçusu Əlireza Cəhanbəxş bundan əvvəl sionist rejimin komandası Makkabi ilə oyuna çıxmaq istəmədiyini bildirmişdi.

Hollandiya komandasının baş məşqçisi Arne Slot, Feyenoord-Makkabi matçı ilə əlaqədar mətbuata açıqlama verib. O, Cəhanbəxşin heyətə daxil edilməməsinin səbəbini şərh etməkdən çəkinərək, “Alkmaar klubunun etdiyi kimi Cəhanbəxşi qoruyacağıq”, deyib.

Daha əvvəl Hollandiyanın Alkmaar komandasında oynayan Cəhanbəxş, 2016-cı ildə bu komandanın sionist rejimin təmsilçisi ilə oyununa çıxmamışdı.