0
Tuesday 14 September 2021 - 23:01

ABŞ: HBFP sazişinə uyğun olmayan sanksiyaları ləğv etməyə hazırıq

Story Code : 953871
ABŞ: HBFP sazişinə uyğun olmayan sanksiyaları ləğv etməyə hazırıq
Luis Bono İdarə Heyətinin iclasında deyib:

"Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə sıx əlaqədədir və diplomatiya, danışıqlar yolu ilə Hərtərəfli Birgə Fəaliyyət Planına qarşılıqlı şəkildə geri dönməyi təmin etməyə çalışır. Bu saziş çoxtərəfli diplomatiyanın əsas uğurlarından biridir və beynəlxalq ictimaiyyətin İranın nüvə proqramı ilə bağlı uzun müddətdir davam edən narahatlıqlarını aradan qaldırmaq üçün həyati vasitədir."

ABŞ rəsmisi İranın bütün öhdəliklərinə əməl etdiyi halda Amerikanın bu sazişi qanunsuz şəkildə tərk etməsinə işarə etmədən, İranın öhdəliklərinə əməl etməsini istədiklərini söyləyib. O bundan sonra Amerikanın HBFP sazişinə uyğun olmayan sanksiyaları ləğv edəcəyini deyib.