ABŞ rəsmisi: İranın İraqda istənilən şəkildə varlığı ABŞ-a qarşıdır
Story Code : 953873
Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, ABŞ-ın İraqdakı səfiri Metyu Toller İran İslam Respublikasının İraqdakı nüfuzuna qarşı əsassız iddialarını təkrar səsləndirib.
"Əl-Hurra" şəbəkəsinə verdiyi müsahibədə Toller İranın İraqdakı nüfuzunu tənqid edib və deyib: "Tehran (Amerika geri çəkilmə) boşluğunu doldurmağa çalışır və bu İraq üçün olduqca zərərlidir."
İraq baş naziri Mustafa əl-Kazimi isə İran İslam Respublikasına son səfəri zamanı Tehranın xüsusilə İŞİD-lə mübarizədə Bağdada verdiyi dəstəyi yüksək qiymətləndirdiyini söyləyib və İrana təşəkkür edib.